Burun qanaxması orucu poza bilər?

Ramazanda oruc tutanları maraqlandıran suallardan biri də budur:

Burun qanaxması orucu pozur?

Metbuat.az-ın məlumatına əsasən, dini qaynaqlarda göstərilir ki, qan oruclu adamın mədəsinə istəmədən gedibsə, oruc pozulmaz. Bununla bağlı belə bir ayə var:

“Allah heç kimi gücünün üstündə bir şeylə yükləməz. Hərkəsin qazandığı yaxşılıq lehinə və etdiyi pislik isə əleyhinədir. Rəbbimiz, əgər unudub səhv etdiksə, bizi hesaba çəkmə” (Bəqərə/286).

Mədəyə şüurlu şəkildə qan getməsi isə orucu poza bilər.

Qeyd edək ki, Ramazan ayında səhhətinizlə bağlı oruc tuta bilməsəniz, sonradan həmin orucu tutmaq mümkündür.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR