Kurikulum ləğv edilir?- RƏSMİ CAVAB

Kurikulum ləğv edilir?- RƏSMİ CAVAB
17:08 25 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi orta məktəblərdə kurikulumla təhsil sisteminin ləğv ediləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu sistem ləğv oluna bilməz: "Kurikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir: "Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulum təhsilin məzmunudur və bunsuz təhsil olmur. Onu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir. Kurikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir”. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/200155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR