Dərs ili müddətinin artırılması ilə bağlı nazirlikdən NÖVBƏTİ AÇIQLAMA

Dərs ili müddətinin artırılması ilə bağlı nazirlikdən NÖVBƏTİ AÇIQLAMA
17:27 25 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Valideynlərin tədris müddəti ilə bağlı şikayəti əsaslı deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

O bildirib ki, bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan əvvəl ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişiklərdən sonra bu rəqəm 34 həftə olub:

"Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də uşağını ən az məktəbə
göndərənlərdən biridir. Ölkədə orta təhsil müddəti dünya ilə müqayisədə 6 həftə azdır. Ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görülmür".

E.Əmrullayev qeyd edib ki, bir çox məktəblərdə artırılan tədris həftələri ərzində müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır: "Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR