“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq

“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq
17:35 25 May 2017
Ölkə mətbuatı
A- A+

2 il bundan əvvəl “Intel” korporasiyası iki perspektivli texnologiyanı birləşdirməklə kompüter interfeyslərinin inkişaf istiqamətini müəyyənləşdirib: “USB-C” simmetrik portu və “Thunderbolt 3” sürət interfeysi. Amma sənaye sözügedən yeniliyin tətbiqinə tələsmir, yalnız ən bahalı kompüterlərdə bu texnologiyalar tətbiq edilir. “Intel” bu vəziyyəti düzəltməyə qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, şirkətin rəsmisi elan edib ki, birincisi, “Thunderbolt 3” interfeysi prosessor səviyyəsində dəstəklənəcək. Bu halda qurğu istehsalçıları xüsusi kontrollerlərə vəsait xərcləməyəcək və nəticədə öz məhsullarının qiymətini azaldacaqlar. İkincisi, gələn ildən “Thunderbolt 3” spesifikasiyası açıq olacaq, kənar çipset və periferiya istehsalçıları “Intel” şirkətinə heç nə ödəmədən bu protokoldan istifadə edə biləcəklər.

Məlumat üçün, “Thunderbolt 3” interfeysi “USB 3” ilə müqayisədə məlumatların yüksək sürətlə ötürülməsini təmin edir: hər bir istiqamətdə saniyədə 40 qiqabitədək. Bu o deməkdir ki, bu interfeysin köməyi ilə “4K” təsvir ölçüsündə sıxılmış filmi bir neçə saniyə ərzində ötürmək olar.
 
“Intel” tərəfindən təşəbbüs edilmiş bu addım, ehtimal ki, istehsalçıları, hətta ucuz modellərə “Thunderbolt 3” interfeysini dəstəkləyən “USB-C” portların quraşdırılmasına sövq edəcək.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48039-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR