Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir
17:52 25 May 2017
Ölkə mətbuatı
A- A+

Daşkənddə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları" mövzusunda dəyirmi masa keçirilib.

Milli.Az xəbər verir ki, Trend bu barədə "Qazaxıstan dəmir yolları" şirkətinə istinadən məlumat verir.

Tədbir zamanı Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycan limanlarından keçməklə Qara dəniz hövzəsi və Avropaya çatdırılması üçün alternativ yol olaraq bu marşrut vasitəsilə daşınması məsələsi müzakirə edilib.

Dəyirmi masada Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yolları, nəqliyyat-logistika şirkətlərinin, diplomatik missiyaların və biznes-strukturların nümayəndələri iştirak edib.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Ukraynadan keçməklə Avropaya gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/548312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR