​Nadir Qafarzadəni məhv edən nə oldu?

Müğənni Nadir Qafarzadə yaradıcılığında yenilik edib.

Metbuat.az-a açıqlama verən ifaçı bildirib ki, “Son zəng”ə həsr olunmuş “Məktəb valsı” adlı mahnı oxuyub:

“Hər bir insanın həyatında məktəb illərinin bir başqa izi, xatirələri var. O illəri unutmaq olmur. Bəzən insanı şirin xatirələr məhv edir. Bəzən özümlə baş-başa qalanda uşaqlıq illərimi düşünürəm. O saf məktəb illəri... İnsan məktəbdə oxuyan zaman bu illərin həsrətini çəkəcəyini anlamır. Bu mahnını da dəyərli Siruz Abbasbəyli ilə İsmayıl Dadaşov yazdı. Çox bəyəndim. Düşünürəm ki, “Son zəng”lərdə bu mahnının da öz yeri olacaq”.

Qeyd edək ki, “Məktəb valsı” adlı mahnının sözləri İsmayıl Dadaşov, musiqisi Sirus Abbasbəyli, aranjimanı Şahinə məxsusdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR