Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq
18:02 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddəti daha 9 ay uzadılsa və bütün ölkələr onun şərtlərinə əməl etsələr belə, neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın "JPMorgan" bankının analitikləri çıxış edib. 
Onların fikrincə, OPEC-ə üzv və qeyri-üzv ölkələr neft bazarındakı əlavə ehtiyatları 325 mln. barrel azaltmağı planlaşdırıb. 
Bununla belə, "JPMorgan" analitikləri hesab edir ki, bazardakı ehtiyatlar hələ ki, maksimal həddə çatmayıb. Amma Çində benzin ehtiyatlarının artması narahatlıq yaradır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-bazarinda-tarazliq-2019-cu-ilden-tez-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR