"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da
18:07 25 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskirinin “Tobol”a keçidi rəsmiləşib. 


Fanat.Az xəbər verir ki, gürcü futbolçu gələn mövsümdən Qazaxıstan təmsilçisinin formasını geyinəcək.

 

“Qəbələ” ilə müqavilə müddəti başa çatan və bir neçə gündü “Tobol”la danışıq aparan 25 yaşlı oyunçu bu gün rəsmi müqaviləyə qol çəkib. Yeni komandasına azad agent kimi keçən Nika 1,5 illik saziş bağlayıb. O, “Tobol”da 21 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Nika Kvekveskiri “Qəbələ”yə ötən ilin yayında “İnter”dən keçmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-futbolcusu-rsmn-quottobolquotda-t58328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR