Aydın Əliyev və Abbasəli Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Aydın Əliyev və Abbasəli Novruzov “Şöhrət” ordeni ilə təltif edilib
18:17 25 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Prezident İlham Əliyev Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədlə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnikidir, onun 60 yaşı tamam olur. A.Novruzov isə Sərhəd Qoşunlarının (DSX) keçmiş komandanı, general-mayordur, onun 80 yaşı tamam olur. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/aydin-eliyev-ve-abbaseli-novruzov-sohret-ordeni-ile-teltif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR