BDU-da Respublika Günü qeyd edildi

BDU-da Respublika Günü qeyd edildi
18:18 25 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, rektor Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi Bakı Dövlət Universitetinin yaradılmasını diqqətə çatdırıb. Tariximizin önəmli mərhələsinin yenidən bərpasına ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi qiymət verildiyini qeyd edən A.Məhərrəmov ulu öndərin müstəqilliyimizin qorunması və əbədiliyinin təmin edilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb. Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb.

Çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi haqqında məlumat verib, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini əks etdirən bu pyesi təqdim etmək üçün tələbələrin uzun müddətdir ki, xalq artisti, professor Ağakişi Kazımovun rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə məşq etdiklərini söyləyib. “Vaqif” pyesinin təqdimatı böyük coşqu ilə qarşılanıb. Xalq artisti Ağakişi Kazımov isə tələbələrin istedadını xüsusilə qeyd edərək, onlarla işləməkdən zövq aldığını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/200166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR