"Mercedes-Benz" noutbuk buraxdı

"Mercedes-Benz" noutbuk buraxdı
18:47 25 May 2017
Ölkə mətbuatı
A- A+

Dünya avtomobil sənayesinin liderlərindən olan "Mercedes-Benz" şirkəti noutbuk istehsal etməyə başlayıb. Artıq "VAİO Z" noutbuklarının Yaponiyada satışına başlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, cihaz "Microsoft Windows 10" əməliyyat sistemi ilə fəaliyyət göstərir. 13,3 diaqonallı ekrana, sensor səthə malikdir.
 
Yeni məhsulun üzərində "Mercedes-Benz"in simvolu və loqotipi var. Noutbukun klaviaturası göy rəngli işıqlandırma ilə çalışır. Noutbuk "Core i5" və ya "Core i7" seriyasından olan "İntel" prosessoru ilə təchiz edilib. Əməliyyat yaddaşı 8 GB, yaddaş kartı 256 GB təşkil edir.
 
"Mercedes-Benz" portativ "VAİO Z" kompüterinin qiyməti 2230 ABŞ dollarıdır

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR