Mövsümün əsas trendi: Bu yaz qadın bədənini kişi pencəkləri bəzəyəcək - FOTOLAR

Mövsümün əsas trendi: Bu yaz qadın bədənini kişi pencəkləri bəzəyəcək - FOTOLAR
18:48 25 May 2017
Ölkə mətbuatı
A- A+

Təxminən 40 il əvvəl Qreys Cons bütün dünyaya göstərdi ki, enli çiyinli kişi pencəyini geyinmək, eyni zamanda şıq və zərif qalmaq olmaq. Enli çiyinli və bol kəsimli pencəklər “Qara pantera” ləqəbli müğənninin qarderobunun əsasını təşkil edir. Müğənni hətta konsertlərdə də ənənəvi tərzinə müraciət edir. Nostalji hisslərə qapılan dizaynerlər onun klassik obrazlarını dəbə yenidən gətirib.

Publika.az xəbər verir ki, bu gün müğənni və aktrisa Qreys Cons 69 yaşı tamam olur. Yaşlanmasına baxmayaraq, populyar ifaçı karyerasını hələ də davam etdirir. O, bu il “Hurricane” adlı yeni albom yazdırıb və hətta memuarlarını dərc edib. Biz ulduzun doğum günü münasibətilə modapərəst oxucuları Qreys Consun kişi tərzini xatırladan obrazları ilə tanış etmişik.

Qreys Consun karyera yüksəlişi 1980-cı illərin əvvəlinə təsadüf edir. 1981-ci ildə onun ilk albomu çıxıb. Ulduzun ablbom üz qabığı üçün hazırladığı obrazlar: ciddi və sərt baxışlar, qısa saç kəsimi, çılpaq bədəninə geyindiyi enli çiyinli pencəklər dərhal bütün modapərəstlərin qəlbini fəth edir. Qreys özü isə tezliklə milyonların sevimlisinə çevrilir. Çıxışlarında və əyləncə gecələrində o, səhnəyə bir qayda olaraq pencəkdə, yaxud da altadan bodi, üstdən isə kapüşon geyinərək çıxardı. Onun yöndəmsiz stili indiyədək aktualdır.

Jan Pol Qotyenin 2013-cü ilin yaz-yay kolleksiyası tamamilə 1980-cı illərin ruhunda hazırlanmışdı və xüsusilə Qreys Consa həsr olunmuşdu. 2017-ci ilin yaz-yay mövsümündə dizaynerlər çəkinmədən və böyük məmnuniyyətlə onun obrazlarını növbəti dəfə dəbə qaytarıb. Özü də müasir versiyalarda. Məsələn, “Balenciaga” enli çiyinli bluzları lasinlərlə geyinməyi tövsiyə edir. “Vivienne Westwood”, “Saint Laurent” və “DKNY” kimi lüks brendlər isə Qreysin məşhur kapüşonlu obrazlarını yamsılayıblar.

Darıxdırıcı iş stillərini siz də belə pencəklərin sayəsində darıxdırıcı olmaqdan xilas edə bilərsiniz. Boz, qara, tünd göy, hətta parlaq çəhrayı rəngli pencəkləri dar cins şalvarlarla geyinin. Axşam variantı üçün şort və mini ətəklər seçmək olar. Oxucular üçün birneçə nümunə seçmiçik.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/200164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR