Bakıda oğrular anbaan gizli kameraya düşdülər

Şirkətdən oğurluq edən bir neçə dələduz axtarılır.

Metbuat.az bildirir ki, Fətəli xan Xoyski 85 ünvanında yerləşən “Go Travel MMC” şirkətində oğurluq hadisəsi baş verib. Belə ki, şirkətə daxil olan iki nəfər naməlum şəxs şirkətə məxsus, qiyməti 1000 manat olan bir ədəd noutbuk oğurlayıb. Oğurlanan noutbukda 3 min manatlıq proqram təminatı olub. Ümumilikdə şirkətə 4 min manat ziyan dəyib. Baş verən oğurluq hadisəsi anbaan təhlükəsizlik kameralarına düşüb.

Şəkildə oğurluq edən şəxsləri görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

Müraciət: Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsi,

Əlaqə:

(012) 465 - 45 – 02;

(012) 465 - 59 – 11;

(012) 465 - 40 – 65.

Metbuat.az ÖZƏL görüntüləri təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR