Bakıda 81 saylı avtobus qəza törətdi - "Bomj" öldü

Bakıda 81 saylı avtobus qəza törətdi - "Bomj" öldü
19:36 25 May 2017
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Axşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində ölən şəxsin "bomj" olduğu bildirilib.

Hazırda hadisə yerinə yol posi xidməti əməkdaşları cəlb olunub. Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR