Teymur Hacıyevin "Şanxay, Bakı" filmi sosial şəbəkədə təqdim olunub

Teymur Hacıyevin "Şanxay, Bakı" filmi sosial şəbəkədə təqdim olunub
19:37 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Təqribən 2 il davam edən festival turnesindən sonra, ötən həftə Azərbaycan rejissoru Teymur Hacıyevin qısametrajlı "Şanxay, Bakı" filmi sosial şəbəkədə təqdim edilib.
"Report"un verdiyi xəbərə görə, filmin dünya premyerası 2016-cı ilin mart ayında Finlandiyanın Tampere şəhərində Qısametrajlı filmlərin Avropa Festivalında təqdim edilib. Festival əhəmiyyətinə görə, Avropada qısametrajlı filmlər üzrə üçüncü yerdədir.
Bundan başqa, film 18 beynəlxalq festivalda iştirak edib. Bunlar arasında Milano Film Festival (İtaliya), Sarajevo Film Festival (Bosniya və Herseqovina), Curta Cinema (Braziliya), Huesca Film Festival (İspaniya), Uppsala Film Festivalı (İsveç) da var. Film jürinin üç xüsusi mükafatına layiq görülüb.
"Şanxay, Bakı" filmi Roza və onun yaxınlarının həyatı, bəzən də kövrək həyat hekayəsidir. Bu hekayə həvəskar kamera çəkilişlərindən, videoregistrator, smartfon və digər qacetlərdən toplanıb.
Baş rolları Azərbaycanın tanınmış teatr və kino aktyorları Rasim Cəfər, Roza İbadova və Qurban İsmayılov canlandırıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/teymur-haciyevin-sanxay-baki-filmi-sosial-sebekede-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR