Braziliyada nazirlik işçiləri təxliyə edildi - BOMBA TƏHLÜKƏSİ

Braziliyada nazirlik işçiləri təxliyə edildi - BOMBA TƏHLÜKƏSİ
19:57 25 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyada əmək nazirliyinin binası bomba xəbərinə görə boşaldılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mülki müdafiə əməkdaşları binanın 9-cu mərtəbəsində bomba yerləşdirilməsi barədə məlumat aldıqdan sonra əməkdaşların dərhal təxliyəsinə başlayıblar.

Qeyd edək ki, Brazilya prezidenti Mişel Temerin əlyehinə ölkədə kütləvi aksiyalar keçirilir. Məlumata görə, maliyyə və kənd təsərrüfatı nazirliyinin binalarında yanğınlar törədilib.

Bir qədər əvvəl prezidentin paytaxtdakı qarşıdurmaya son qoymaq və hökumət binalarını qorumaq məqsədilə ordu cəlb edilməsilə bağlı dekret elan etdiyi xəbəri yayılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR