Azərbaycanla Gürcüstan arasında bu sahədə idxal-ixrac dayandırıldı

Azərbaycanla Gürcüstan arasında bu sahədə idxal-ixrac dayandırıldı
20:05 25 May 2017
Ölkə mətbuatı
A- A+

Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, həftə ərzində "Kavkasioni" elektrik enerjisi xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac olunub.

Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt, Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.

Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/548344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR