İspaniya: "Kataloniya müstəqil olmayacaq"

İspaniya: "Kataloniya müstəqil olmayacaq"
20:12 25 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

"Kataloniyada müstəqilliklə bağlı referendum keçirilməyəcək".

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu COPE radiosuna müsahibəsində İspaniya Müdafiə naziri Mariya Dolores de Kospedal söyləyib.

"Şantaja qarşı ehtiyatla, ağılla hərəkət etmək lazımdır. Dövlətin əlində bütün alətlər var və referenduma mane olmaq üçün onların hamısından istifadə ediləcək. Ona görə ki, bu bizim Konstitusiya quruluşumuza və qanunlarımıza hücumdur. Fəaliyyətimiz hansı səviyyədə olacaq? Bütün bunlar Kataloniyanı idarə edənlərdən asılıdır. Kataloniya artıq öz təhdidləri ilə səbir kasamızı doldurub", - deyə o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR