Devid MakAlister: "Aİ Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırır"

Devid MakAlister: "Aİ Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırır"
20:27 25 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ "Avropa ölkələri Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki insidentlərdən narahatdırlar". 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yerevanda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister bildirib. 
"Brüsseli insan tələfatı ilə nəticələnən Qarabağ münaqişəsi zonasındakı qoşunlarının qarşıdurma xəttindəki insidentlər narahat edir. Avropa İttifaqı münaqişə tərəflərini danışıqları qeyd-şərtsiz ATƏT-in Minsk qrupunun təklifləri əsasında bərpa etməyə çağırır", - o deyib. 
Devid MakAlister qeyd edib ki, Dağlıq Qarabağ zonasındakı status-kvo möhkəm deyil: "Münaqişənin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmalıdır. Aİ ATƏT-in Minsk qrupunun bu istiqamətdəki səylərini dəstəkləyir, tərəfləri atəşkəs rejiminə əməl etməyə və münaqişənin sülh yolu ilə həlli üçün üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır". 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ai-ermenistan-ve-azerbaycani-danisiqlari-berpa-etmeye-cagirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR