Çində legionerlərə görə vergi qüvvəyə minir

Çində legionerlərə görə vergi qüvvəyə minir
20:27 25 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Çin klublarının transferlərə böyük məbləğdə pul xərcləməsi federasiyanı bəzi tədbrlər görməyə vadar edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, iyunun 19-dan etibarən əcnəbi futbolçuların transferinə görə klublar vergi ödəməli olacaqlar. Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib. Sözügedən vergidən əldə olunacaq vəsait ölkədə futbolun inkişafına qoyulacaq. Bu məqsədlə xüsusi fond təşkil olunacaq. Hazırda bütün Çin klublarının borcu var. Növbəti mövsümdən 23 aşdan aşağı yerli futbolçularla legionerlərin meydanda say nisbəti də bərabər olmalıdır. Bu mövsümün əvvəlində qəbul olunan qərara əsasən komandanın əsas heyətində ən azı 1 futbolçu 23 yaşdan aşağı çinli olmalı idi. "Shanghai SIPG"in baş məşqçisi Andre Villaş-Boaş bu qaydanı pozmamaq üçün bir oyunda gənc çinlini start heyətində meydana buraxmış və bir neçə dəqiqə sonra onu əvəzləmişdi. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR