Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.
Bildirilir ki, həftə ərzində “Kavkasioni” elektrik enerjisi
xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac
olunub.
Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt,
Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.
Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan
arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.