ABŞ-ın baş prokuroru rusiyalı səfirlə görüşləri gizli saxlayıb

ABŞ-ın baş prokuroru rusiyalı səfirlə görüşləri gizli saxlayıb
20:32 25 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ ABŞ-ın baş prokuroru Ceff Seşns Rusiyanın Vaşinqotndakı səfir Sergey Kislyakla görüşləri barədə məlumat verməyib.
“Report” “dw”yə istinadən xəbər verir ki, bu məlumat mayın 25-də yayılıb.
Bildirilib ki, Ceff Seşns məxfi informasiyalar əldə etmək üçün “SF86” anket formasındaki təmaslar qrafasında rusiyalı səfir Sergey Kislyakla görüşləri barədə məlumat yazmayıb. Halbuki həmin qrafaya özünün və ailə üzvlərinin xarici dövlətlərin nümayəndələri ilə 7 illik bütün təmaslar barəsində məlumatların yazılması məcburidir.
ABŞ-ın baş prokuroru 2016-cı ildə azı 2 dəfə rusiyalı səfirlə görüşüb.
ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Yen Prayor bildirib ki, “SF-86” anketi doldurarkən, Baş Prokurorluğun əməkdaşları Federal Təhqiqat Bürosunun sənədin yazılma qayadalarını araşdıran məsul şəxsləri ilə məsləhətləşiblər.
Qeyd edək ki, Ceff Seşns 2017-ci il fevarlın 9-dn baş prokurudur. O, 1997-ci il yanvarın 3-dən 2017-ci ilin fevralınadək Alabama ştatının senatoru olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-bas-prokuroru-rusiyali-sefirle-gorusleri-gizli-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR