Merkeldən Türkiyə AÇIQLAMASI: "Tərk edəcəyik"

Merkeldən Türkiyə AÇIQLAMASI:  "Tərk edəcəyik"
20:37 25 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

"Alman deputatlara İncirlik aviabazasına səfər icazəsi verilməzsə, hərbçilərimizi oradan çıxaracağıq".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Brüsseldə səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, sözügedən məsələsini NATO sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da müzakirə edəcək:

"Türkiyə prezidenti ilə görüşdə bizim üçün bunun qaçılmaz olduğunu söyləyəcəyəm. Çünki biz parlament ordusuna sahibik. Hərbçilərimizin Bundestaqın deputatları tərəfindən ziyarət edilməsi önəmlidir. Əks təqdirdə, İncirliyi tərk etmək məcburiyyətində qalacağıq".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti alman deputatların İncirliyə daxil olmasına icazə verməmişdi.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR