Tramp Brüsseldə “əl sıxma döyüşü”ndə Makrona uduzdu - FOTO

Tramp Brüsseldə “əl sıxma döyüşü”ndə Makrona uduzdu - FOTO
20:48 25 May 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp “əl sıxma döyüşü”ndə fransalı həmkarı Emmanuel Makrona məğlub olub.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Tramp Brüsseldə Fransa prezidenti şəxsində bərabər “rəqib”lə qarşılaşıb.

“Tramp və Makron bir-birinin əlini elə bərk sıxdı ki, onlarda barmaqların sümükləri ağardı. Fransız bu “döyüş”dən qalib çıxdı. Şəkillərə əsasən, Tramp təslim oldu və əlini ilk olaraq zəiflətdi”, - məqalənin müəllifi qeyd edib.

Müəllif bildirib ki, Makronun müvəffəqiyyəti Almaniya kansleri Angela Merkel üçün də nümunə ola bilər.

Donald Tramp özünün xüsusi əl sıxma üslubu ilə məşhurdur. Bu üslub “dart və dart” adlanır. “Röyters”in əməkdaşı güman edir ki, bu, gücün nümayişi ola bilər.

Daha əvvəl KİV-in yazdığına görə, ABŞ prezidenti Ər-Riyadda “əl sıxma döyüşü”ndə Tacikistan prezidenti Emomali Rahmona məğlub olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR