Qaxda istehlakçılar üçün maarifləndirmə tədbirləri keçirilib

Qaxda istehlakçılar üçün maarifləndirmə tədbirləri keçirilib
20:52 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mayın 25-də Qax rayonunda maarifləndirici konfrans keçirilib.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu vacib məsələlər, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri və s. barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Həmin gün həmçinin, Qaxda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda seminar təşkil edilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurları, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qaxda-istehlakcilar-ucun-maariflendirme-tedbirleri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR