Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
20:55 25 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Cənab Prezident, Azərbaycan Respublikasının milli bayramı - müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm.

Möhtərəm cənab Prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm".

XXX

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellendən:

"Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək dolu gözəl arzularımı çatdırıram".

XXX

Çex Respublikasının Prezidenti Miloş Zemandan:

"Zati-aliləri, İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram".

XXX

Litva Prezidenti Dalya Qribauskaytedən:

"Hörmətli cənab Prezident, xahiş edirəm, milli bayramınız - Respublika Gününün 99-cu ildönümü münasibətilə təbriklərimi qəbul edin. Ölkənizə səmimi qəlbdən firavanlıq, uğurlar və əmin-amanlıq arzu edirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı açıq dialoq, ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində genişmiqyaslı əməkdaşlıq gələcək illərdə qarşılıqlı faydalı fəaliyyət üçün böyük imkanlar yaradacaq. Mən qətiyyətlə inanıram ki, biznes, təhsil və tələbə mübadiləsi, turizm və mədəniyyət sahələrində birgə həyata keçirilən layihələr xalqlarımızın münasibətlərini möhkəmləndirməkdə davam edəcək və dövlətlərimiz arasındakı əməkdaşlığı genişləndirəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizi bir daha milli bayramınız münasibətilə təbrik edirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramlarımı qəbul edin".

XXX

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yunanıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

XXX

Misir Prezidenti Əbdülfəttah əs-Sisidən:

"Zati-aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın təşviqi vasitələrinin və iki ölkə arasındakı möhkəm əlaqələrin inkişaf etdirilməsinin vacibliyini əminliklə bildirmək istərdim.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı izhar edirəm".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyandan:

"Zati-aliləri, Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizdən Birləşmiş Ərəb Əmirlikləri xalqının milli bayramınız münasibətilə böyük fərəh hissi keçirdiyini Azərbaycan xalqına çatdırmağınızı rica edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib Sizə böyük hörmət və ehtiramımı izhar edirəm".

XXX

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost ölkənizin bütün xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bizim ölkələrimiz tarixən möhkəm dostluq və səmərəli əməkdaşlıq telləri ilə bir–birinə bağlıdır. Hər iki ölkə, xalqlarımızın köklü mənafelərinə uyğun olaraq, çoxtərəfli münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə çalışır. Biz bundan sonra da bunun üçün lazımi səy göstərmək əzmindəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və böyük uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və tərəqqi arzu edirəm".

XXX

Əlcəzair Prezidenti Əbdüləziz Buteflikadan:

"Cənab Prezident, Azərbaycan Respublikası milli bayramını – Respublika Gününü qeyd etdiyi bir vaxtda Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Sizinlə əməkdaşlıq etməyə hər zaman hazır olduğumu bildirirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

XXX

Lüksemburqun Böyük Hersoqu Anridən:

"Zati-aliləri, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və xoşbəxt gələcək arzulayıram".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumdan:

"Hörmətli cənab Prezident, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, Zati-alinizin müdrik rəhbərliyi altında dost və qardaş xalqınıza davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

XXX

Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan:

"Zati-aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə dost və qardaş ölkənizə davamlı tərəqqi, yüksək rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edib Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

XXX

Mərakeşin Kralı VI Mohammed Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, əziz qardaşım, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını həvəslə gözləyirəm".

XXX

Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyumdan:

"Zati-aliləri.Əlamətdar milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu fürsətdən istifadə edərək, Sizə cansağlığı, Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzularımı çatdırmaq istəyirəm".

XXX

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan:

"Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Gününün növbəti ildönümü münasibətilə Meksika xalqı adından Sizə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf hissi duyuram.

Sizi əmin edirəm ki, Meksika Birləşmiş Ştatları ölkələrimiz və xalqlarımız arasında dostluğun, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə daim sadiq qalacaq.

Sizə dərin ehtiramımı ifadə edir və səmimi salamlarımı çatdırıram".

XXX

Livan Prezidenti General Mişel Aundan:

"Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Livan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu gözəl fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə rifah diləyirəm".

XXX

Peru Prezidenti Pedro Pablo Kuçinskidən:

"Zati-aliləri, cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Peru Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar hadisə ilə əlaqədar Sizə Azərbaycan Respublikasının rifahı naminə ən xoş arzularımı yetirir, həmçinin dövlətlərimiz arasında ikitərəfli münasibətlərin davam etdirilməsi və möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə əməkdaşlıqda və Bakıda ölkəmizin səfirliyinin açılmasında Peru tərəfinin marağını Zati-alinizə çatdırmaq istəyirəm.

Bir daha səmimi təbriklərimi bildirir və bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı ifadə edirəm".

XXX

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan:

"Hörmətli cənab Prezident, Zati-alinizi, Sizin vasitənizlə hörmətli Azərbaycan hökumətini və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Gününün qeyd olunması münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə xalqımıza qardaşlıq dəstəyi göstərdiyinizə, onun problemi ilə maraqlandığınıza, müstəqil Fələstin Dövlətinin qurulması yolunda xalqımızın yanında yer aldığınıza görə çox təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza və qardaş ölkənizə daha çox tərəqqi və rifah, həmçinin qardaşlıq əlaqələrimizin daha da inkişaf etməsini arzu edirəm".

XXX

Syerra Leone Prezidenti Ernest Bai Koromadan:

"Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik, möhkəm cansağlığı arzu edirəm. Əminəm ki, ölkələrimizi bir-birinə bağlayan səmimi əlaqələr qarşıdan gələn illərdə daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin".

XXX

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan quruculuq və xalqın rifahının möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Respublikanızın konstruktiv, müstəqil xarici siyasət kursu beynəlxalq və regional arenada ölkənizin nüfuzunun hərtərəfli möhkəmlənməsinə fəal kömək edir.

Bu yaxınlarda Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi, habelə təşkilatda sədrlik edən Qazaxıstan Respublikasının rəhbərliyi adından bu il iyunun 8-9-da Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etməyə dəvət olunmağınız buna sübutdur. Sammitin gedişində təşkilatın daha da genişlənməsinə, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, ŞƏT məkanında çoxprofilli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş tarixi qərarlar qəbul ediləcək.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına əmin-amanlıq və firavanlıq diləyim".

XXX

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyadan:

"Zati-aliləri, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Azərbaycan xalqının tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırmaqdan çox məmnunam".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2759297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR