Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər
20:57 25 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda toxuculuq sevənlər klubunun bir neçə üzvü 14,09 kilometr uzunluğunda şərf toxuyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlar bu nəticə ilə Ginnesin rekordlar kitabına düşüblər.

Şərfin toxunması fevral ayından başlayıb və bu prosesdə 700-dən çox qadın iştirak edib.

Hindistanlı qadınlarla yanaşı, toxuculuq prosesində Dubay, Honkonq, Sinqapur və Polşadan olan qadınlar da iştirak ediblər.

Qeyd edək ki. 2016-cı ildə həmin klubun üzvləri 1022 kvadratmetrlik yorğan toxumuşdular.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR