Tərtərdə göydən palçıq yağdı - VİDEO

Tərtərdə göydən palçıq yağdı - VİDEO
21:12 25 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər rayonuna ötən gün yağışdan bir neçə dəqiqə sonra palçıq yağıb. İki saata qədər davam edən palçıqlı yağış kənd təsərrüfatı məhsullarına zərər vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Tərtər rayonunda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarında palçıqlı yağışla müşayiət olunub.
Rayon sakinləri yağışın rənginin qeyri-adi olduğunu deyirlər. Belə ki, əvvəlcə qırmızı rəngə çalan yağış sonradan sarıya çevrilib.
Yerli sakinlərin sözlərinə görə, bu cür yağış bostan bitkilərinə, meyvə bağlarına və gülçülüyə ciddi ziyan vurub.
Palçıqlı yağış rayonun bir neçə kəndində iki saata qədər davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Göydən palçıq yağdı - Təbiət hadisəsi...


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR