Hüceyrə çirklənməsi arıqlamağa mane olur

Hüceyrə çirklənməsi arıqlamağa mane olur
21:12 25 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər pis qidalanma və ekoloji amillərin hüceyrələrdə çirklənmə yaratdığını, bir çox xəstəlik əmələ gətirdiyini və arıqlamağa mane olduğunu söylədi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, doğru qidalanma və bitki dəstəkləriylə hüceyrələrin təmizlənməsi və sağlam şəkildə arıqlamaq mümkündür. Hüceyrə təmizliyinə təkan vermək üçün zülal, vitamin və mineralları saxlayan çiyələk, sarımsaq, sarıkök, kəvər kimi qidaların müntəzəm olaraq istehlak edilməlidir. Çirklənən hüceyrələr maddələr mübadiləsinin pozulması, insulin müqaviməti, qarın bölgəsində piylənmə, ürək və damar xəstəlikləri, yüksək təzyiq, şəkər, alzheimer və xərçəng kimi xəstəliklərə çevrilə bilər.
 
Orqanizmin əsas hüceyrə təmizləyən hormonu qlutatyon səviyyəsini qorumaq üçün yetərli miqdarda ət, balıq, toyuq kimi qidaların istehlak edilməsinin zəruriliyini söyləyən mütəxəssislər, mövzu barəsində ətraflı məlumat verdilər: "Gündə 2,5 litr su içilməlidir. Gündə ən az beş pay meyvə və tərəvəz qidalanma rejiminə daxil edilməlidir. Hər gün lif baxımından zəngin tərəvəz, fıstıq və taxıllardan ibarət olan menyulara üstünlük verilməlidir."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR