Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək - VİDEO

Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək - VİDEO
21:17 25 May 2017
1392 Ölkə
Ölkə mətbuatı
A- A+

Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək. Müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Amma istənilən halda zəif nəticə göstərən müəllimlərə də dərs saatı veriləcək. Bu isə valideynlərin narazılığına səbəb olur. Çünki heç kim istəmir ki, övladına zəif müəllim dərs desin.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, diaqnostik qiymətləndirmədən göstəriciləri yüksək olan müəllim daha çox dərs saatı ilə təmin ediləcək. Növbəti tədris ilindən zəif nəticə göstərən müəllimlərə az dərs veriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyir ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimləri işdən azad etmək deyil. Yəni az bal toplayanlar da işlə təmin ediəcək.
Lakin zəif müəllimlərə az da olsa dərs saatının verilməsi valideynləri narahat edir. Çünki heç kim istəmir ki, onun övladına zəif müəllim dərs desin.
Təhsil Nazirliyi də zəif müəllimlərin öz üzərində işləmləri, daha da peşəkarlaşdırılması üçün tədbirlər nəzərdə tutub.
Diaqnostik qiymətləndirmədə 150 min müəllim iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR