Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?

Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?
21:42 25 May 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaqlar adətən nəyi isə öyrənməyi, ətrafındakı insanlarda baxaraq reallaşdırırlar. Bunun üçün də mübarək Ramazan ayına daxil olmadan əvvəl valideynlər uşaqlarına oruc barədə məlumat verməlidirlər.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşağa oruc barədə danışanda, bu ibadətin həyata keçirilməsinin hər bir peyğəmbər tərəfindən edildiyini, orucun Allah dərgahında fəzilətli bir ibadət olduğunu və əvəzinin də axirətdə veriləcəyini söyləmək lazımdır.
 
Bundan əlavə, gün ərzində ac və susuz qalmaqla, vəziyyəti yaxşı olmayan insanları başa düşəcəkləri izah oluna bilər.
 
Orucun mənəvi dəyərlərini uşağa izah etdikdən sonra, orucla bağlı terminlərin də nə demək olduğunu izah etmək lazımdır. Bu anlayışlar iftar, obaşdan, namaz, imsaq, orucu pozan və pozmayan şeylər ola bilər. Amma, sadəcə təklifi üzərlərində olanlara (mükəlləf) orucun pozulması ilə bağlı məsələlərdən danışmayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR