Həftədə 22 badam xərçəng riskini 57% azaldır

Həftədə 22 badam xərçəng riskini 57% azaldır
21:47 25 May 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Boston şəhərindəki Xərçəng İnstitutunun həyata keçirdiyi bir araşdırma, müntəzəm olaraq badam və qoz yeməyin xərçəngə tutulmaq riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həftədə 22 ədəd badam istehlak etmənin xüsusilə bağırsaq xərçəngi riskini 57% azaltdığını söyləyən araşdırma qrupunun rəhbəri professor Temidayo Fadel, mövzu barəsində ətraflı məlumat verdi: "Badam və qoz yeyən xəstələrdə, xərçəngin təkrar edilməsi riskinin 42% aşağı düşdüyünü müşahidə etmişik. Bu isə, kifayət qədər mühüm nəticədir."
 
Amerika Klinik Onkologiya Cəmiyyətinin sədri Daniel Lap isə, yoğun bağırsaq (kolon) xərçəngi xəstələrinin sağlam qidalanmasının lazım olduğunu vurğulayaraq, mövzu barəsində ətraflı məlumat verdi: "Qidalanma siyahılarında daxil edilməsi zəruri olan bu quru meyvələr, sadəcə, onları sağlam tutmaqla qalmır, eyni zamanda xərçəngin təkrar edilməsinə də mane olur. Bu təbii vasitələrlə xərçəng xəstələrini müalicə etmək mümkün ola bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR