Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb
21:57 25 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində baş nazir daxil olmaqla 4 nəfər yaralanıb, sabiq baş nazirin həyatı üçün heç bir təhlükə yoxdur.

"Papadimos xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur. Minalanmış paket partlayıb. Partlayış avtomobildə olub, baş naziri müşayiət edən 3 nəfər də yaralanıb", - mənbə bildirib.

Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR