"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq

"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq
22:02 25 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli BƏƏ-nin "Əl-Nəsr" komandasının sükanı arxasına keçib.
"Report"un məlumatına görə, 59 yaşlı mütəxəssisin təqdimat mərasimi mayın 29-da olacaq.
O, Dubay təmsilçisində yeni vəzifədə Dan Petreskunu əvəzləyib. Prandellinin son iş yeri 2016-cı ilin dekabrında tərk etdiyi İspaniya "Valensiya"sı olub.
Əvvəllər italiyalı mütəxəssis İtaliyanın "Roma" və "Fiorentina", həmçinin Türkiyənin "Qalatasaray" klublarında çalışıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qalatasaray-in-sabiq-bas-mesqcisi-dubayda-calisacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR