Bu əməllə ailənizin 10 nəfərinə şəfaət verə bilərsiniz

Bu əməllə ailənizin 10 nəfərinə şəfaət verə bilərsiniz
22:22 25 May 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Quranda buyurulur: "Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər'i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır". ("Əhzab" 34).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə xitab olunanlar Peyğəmbərin (s) həyat yoldaşları olsa da, lakin bütün müsəlmanlara aid olan əməldən bəhs edir - Quranı əzbərləmək və Peyğəmbər (s) sünnətinə əməl etməkdən.
Quran əzbərləmək - Məsumlarımızın (ə) həmişə ən çox diqqət etdiyi mühüm mövzulardan olmuşdur. Onlar daima Quranı hifz etməyə və tilavət etməyə təşviq etmişdilər.
İmam Sadiq (ə) buyurur: "Quran hafizi ki, ona əməl edər - mələklər, peyğəmbərlər və salehlərlə yoldaş olar". (Tebyan)
Əmirəl-möminin (ə) buyurur: "Quranı tilavət edin və onu yadda saxlayın. Çünki o qəlbdə ki, Quran olar - Allah ona əzab etməz".
İmam Sadiq (ə) buyurur: "Hər kim Quranı əzbərləmək üçün çalışar və hafizəsinin zəif olmasına görə onu çətinliklə hifz edər, iki savabı olar". (Biri Quranı əzbərlədiyi üçündür, biri də çətinliyə dözdüyü üçündür).
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranı (o qədər) oxuyar ki, əzbərləsin, Allah onu behiştə daxil edəcəkdir və ailəsinin atəşə vacib olan 10 üzvünün şəfaətini qəbul edəcəkdir".
Bəli, Quran möminlərə görə şəfaətçi olacaqdır və onları behiştə aparacaqdır. Quranı əzbərləyən və həml edən möminlər də Quran kimi şəfaət verəcəklər. Əlbəttə onların şəfaəti fərqli olacaqdır. Çünki Quranın şəfaət dairəsi daha genişdir, ancaq hafizlərin şəfaəti məhduddur. Sadəcə bir neçə insana şamil edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR