Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib
22:27 25 May 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" ölkənin hərbi generalına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər. Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.
Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin 6 hərbçi də həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-31-i-si-d-silahlisi-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR