17 ildən sonra altı əkiz doğdu - FOTO

17 ildən sonra altı əkiz doğdu - FOTO
22:38 25 May 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Virciniya ştatında Nigeriya mənşəli ata və ana eyni vaxtda 6 uşağın sahibi olublar.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlar mayın 11-də qeysəriyyə əməliyyatının köməyi ilə dünyaya gəliblər.

Uşaqlardan üçü qız, üçü oğlandır. Valideynlər uşaq sahibi olmaq üçün düz 17 il gözləməli olublar.

Uşaqların dünyaya gətirilməsinə xəstəxananın 40 əməkdaşından ibarət komanda kömək edib. Uşaqların çəkisi 700 qramdan 1,3 kiloqrama qədər dəyişir. Onların hamısı sağlamdır. Ana və uşaqlar artıq evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR