Hazırda Bakının məşhur restoranlarının birində müğənni Xəyyam Nisanovun toy mərasimi keçirilir.
Publika.az xəbər verir ki, yəhudi əsilli ifaçının toyunda yaxın dostları və tanınmış sənət adamları iştirak edib. Qonaqlar toyda çəkilən şəkilləri sosial şəbəkədə paylaşıb. Lakin bir çox kadrlarda bəylə gəlin yoxdur.
Qeyd edək ki, Nərmin adlı xanımla ailə həyatı quran müğənni dəvətlilərə gəlinin toy görüntülərini sosial şəbəkədə paylaşmamağı xahiş edib.