İspanaqda ətdən daha çox dəmir var

İspanaqda ətdən daha çox dəmir var
22:47 25 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

İspanaq kimi tünd yarpaqlı tərəvəzlər, yaşıl mərci və quru meyvələr ətdən daha çox dəmir daşıyırlar. Dəmir ehtiyacınızı bu qidalarla da ödəyə bilərsiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər vegetariansınızsa və ya qırmızı ət pəhrizinə keçirsinizsə, dəmir çatışmazlığını bəzi tərəvəzlərlə aradan qaldıra bilərsiniz.
Dəmir orqanizmdə oksigen daşınmasına köməkçi olmaqla yanaşı, immun sisteminin funksiyalarını yerinə yetirməkdə mühüm rol oynayır.
Dəmir çatışmazlığı, qanazlığının, yəni anemiya xəstəliyinin başlıca səbəbidir. Dəmir çatışmazlığının müalicə edilməməsi halında mədə və bağırsaq xərçəngi başda olmaqla, bir çox ciddi xəstəlik meydana gələ bilər. Dəmir çatışmazlığının digər bir səbəbi isə düzgün qidalanmamaqdır.
Milli Səhiyyə İnstitutlarına görə, yetkin bir insanın gündə orta hesabla dəmir ehtiyacı 8-27 mq arasında olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR