Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub

Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub
22:47 25 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində II tur matçını keçirib.
"Report"un məlumatına görə, rəqib Almaniya yığması olub. Fransanın Lion şəhərində təşkil olunan A qrupunun oyunu Bundestimin qələbəsi ilə yekunlaşıb - 3:0. Azərbaycan millisi rəqibə birinci setdə ciddi müqavimət göstərsə də, rəqib üstün olub - 29:27. Sonrakı iki set isə eyni hesabla bitib - 25:18.
Beləliklə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə düçar olub. İlk turda Türkiyəyə məğlubiyyət qeydə alınmışdı - 0:3. İki turdan sonra xalsız olan Azərbaycan millisini qarşıdakı 3 gün ərzində Ukrayna, Fransa və İslandiya ilə də oyunlar gözləyir.  















Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybol-millisi-almaniya-yigmasina-uduzub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR