Çörək yeyərkən diqqətli olun

Çörək yeyərkən diqqətli olun
22:52 25 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün süfrəmizdə mağazadan aldığımız çörəyi görməsək narahat oluruq. Buna səbəb çörəyin dadlı olmasıdır. Çörəyin bişirilməsində istidfadə edilən dadlandırıcılar bizi çörək yeməyə meyilli edir. Dadlandırıcıdlardan başqa çörəyin bişirilməsində mayadan da istifadfə edilir. Bu maya termofil mayadır. Termofil mayadan bütün növ çörək məmulatlarının hazırlanmasında istifadə edilir. Bu maya isə orqanizm üçün zərərli sayılır. Termofil maya xəmirin qısa zamanda şiməsinə və çörək məmulatlarının 1 gün ərzində xarab olmasına səbəb olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, son illərdə göbələk xəstəlikləri geniş yayılmışdır. Yer kürəsi əhalisinin uşaqlarının 95%-i, böyüklərinin isə 80%-i göbələk xəstəliyindən əziyyət çəkir. Göbələk xəstəliyindən xilas olmaq isə çox çətindir. Belə ki, bağırsaqlarda, dırnaqlarda və dabanlarada əmələ gələn göbələk xəstəliyindən xilas olmaq çox çətindir və bəzən buna aylarla vaxt tələb olunur.
Maya göbələynin orqanizmə zərərləri
Göbələk xəstəliklərindən qorxsaq da çörəkdən imtina edə bilərik. Amma termofil maya qatılmış maya orqanizm üçün çox təhlükəlidir. Bu göbələklər özləri kapsul yaradaraq orqanizmə daxil olur və bağırsaqlarda artıb çoxalır və bağırsaqların mikroflorasını korlayır. Uzun müddət göbələklər bağırsaqda artıb çoxalaraq, bağırsaqların selikli qişasını korlayır, qana keçir, orqanizm üçün lazım olan vitamin və mikroelementlərin təsirini zəiflədir.
Maya göbələyi bağırsaqlarda orqanizmin normal fəaliyyəti üçün lazım olan mikrofloranın korlanmasına səbəb olur ki, bu da həzmin pozulmasına, bağırsaqlarda lazım olan qidaların normal sorulmamasına gətirib çıxarır. Bu da orqanizmin immun sistemini zəiflədir, maddələr mübadiləsini pozulmasına və çəkinin artmasına səbəb olur.
Mütəxəssislər bunların baş verməməsi üçün ev şəraitində çörək bişirməyi və ya mayasız xəmirdən bişirilmiş çörək almağı məsləhət bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR