"Mançester Arena"da baş verən partlayışda dünyasını dəyişənlərin xatirəsi yad edilib.
Metbuat.az-ın məlumatına görə, İngiltərənin Mançester şəhərində keçirilən mərasiminə qatılanlar ölənlərin xatirəsini güllər və şarlarla anıblar.
Xatırladaq ki, "Mançester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən partlayış nəticəsində 22 nəfər dünyasını dəyişmişdi. Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.