Bakıda ağır yol qəzası baş verdi

Bakıda ağır yol qəzası baş verdi
22:58 25 May 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:10-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR