Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 300 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 300 nəfər ölüb
23:07 25 May 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Son iki həftədə Mərkəzi Afrika Respublikasında (MAR) xristian və müsəlman qruplaşmaları arasında baş vermiş toqquşmalarda 300 nəfər həlak olub.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Reuters"ə respublikanın BMT-dəki nümayəndəsi bildirib.
Ölkənin şərqini bürümüş kütləvi zorakılıq 2013-ci ilin səviyyəsinə yaxınlaşıb. Bu barədə isə BMT nümayəndələrinin, habelə MAR-ın milli barışıq və sosial siyasət naziri Vircini Baykuanın birgə bəyanatında bildirilib. Onların məlumatına əsasən, son münaqişə zamanı ölənlərin sayı təxminən 300 nəfərdir. Daha 100 min insan qarışıqlıqların əhatə etdiyi ərazilərdəki evlərini tərk edib.
Hakimiyyət orqanlarının məlumatına görə, üç gün ərzində - mayın 15-dən 18-dək Bria sakinlərin dörddə beş hissəsi (40 mindən çox) şəhəri tərk edib. Xristian və müsəlman qruplaşmaları arasında baş verən silahlı toqquşmalardan həmçinin ölkənin şərqindəki Banqasu və Alindao şəhərlərinin sakinləri zərər çəkib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/merkezi-afrika-respublikasinda-bas-vermis-toqqusmalarda-300-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR