Azərbaycan millisi Almaniya ilə bacarmadı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci il dünya çempionatının təsnifat mərhələsi çərçivəsində qrupdakı 2-ci oyununa çıxıb.

Metbuat.az-ın məlumatına görə, yığmamızın rəqibi Almaniya olub.

Voleybolçularımız rəqiblərinə müqavimət göstərə bilməyiblər. Nəticədə Almaniya millisi hər üç setdə yığmamızdan güclü olub.

DÇ-2018, təsnifat mərhələsi

A qrupu

2-ci tur

Azərbaycan - Almaniya 0:3 (27:29, 18:25, 18:25)

Hakimlər: Milan Raykoviç (Xorvatiya), Alin Mateyzer (Rumıniya)

Azərbaycan millisi ilk turda Türkiyəyə eyni hesabla uduzmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR