Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU
23:42 25 May 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər sizdə səbəbsiz yorğunluqlar və fiziki zəiflik varsa, o zaman sizin orqanizminizin detoksikasiyaya ehtiyacı var. Uzun müddət toksik maddələrin orqanizmdə yığılıb alması dərinin keyfiyyərinin itməsinə, rənginin solmasına, quruluğun artmasına səbəb ola bilir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, vaxtaşırı bağırsaqların təmizlənməsi orqanizmin infeksiya xəstəliklərinə olan immunitetini yüksəldir, qrip və virus xəstəliklərinə tutulma ehtimalını aradan qaldırır. Əgər iş adamısınızsa, o zaman bunu həftədə bir gün - bazar günləri edə və effektini görə bilərsiniz.
Detoksikasiya planı
Detoksikasiyaya başlamazdan əvvəl həmişə səhər acqarına 250 ml ilıq su için.
Birinci gün
Səhər yeməyi
250 ml ilıq su, 1 stəkan yulaf və 1 xörək qaşığı kətan toxumu və ½ stəkan qara yemişan, 250 ml yaşıl çay, 200 ml yoqurt və badam südü.
Günorta yeməyi
250 ml ilıq su, zeytun yağında qızardılmış 1 otra ölçülü kartof, 1 dərin boşqab pomidor, xiyar və göyərti qarışımından hazırlanmış salat, 1 banan və 1 dlim yemiş
3 saat sonra
250 ml ilıq su, 1 alma, ¼ stəkan balqabaq tumu, 180 ml yoqurt
Axşam yeməyi
250 qram ilıq su, 1 dərin boşqab limon şirəsi sıxılmış və 1 xörək qaşığı zeytun yağı əlavə edilmiş pomidor-xiyar salatı. Yaşıl kokteyl ( ispanaq, kərəviz, banan və alma qarışımından hazırlanmış)
İkinci gün
Səhər yeməyi
1 stəkan yulıaf həlimi, 200 ml süd, 1 xörək qaşığı kətan toxumu, 1 armud və yaşıl çay
2 saat sonra qreypfurt
Günorta yeməyi
250 ml ilıq su, 200 qram suda bişmiş toyuq əti, tərəvəz şorbası ( bibər, lobya, kartof,yerkökü, soğan və kərəviz tərkibli)
Axşam yeməyi
Yaşıl kokteyl ( badam, banan, giləmeyvə, ispanaq, kələm və xiyar), limon şirəsi sıxılmış çuğundur və yerkökü salatı, gicirtkən çayı
Bu dietanı 3 gün davam etditmək orqanizmin toksinlərdən xaric olunmasına səbəb olur.
Dietanı saxlamadığınız zaman isə aşağıdakı şirəni hər gün qəbul eləməklə orqanizminizin toksinlərdən xilas olmasına nail ola bilərsiniz.
* 1 alma
* 1 yerkökü
* 1 limon
* 1 çay qaşığı zəncəfil tozu
* 200 ml su

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR