“Real” azarkeşləri üçün xüsusi tabut

“Real” azarkeşləri üçün xüsusi tabut
23:42 25 May 2017
Ölkə mətbuatı
A- A+

"Real" azarkeşləri artıq ölərkən də sevimli komandalarından ayrı qalmayacaqlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bir şirkət "kral klubu"nun fanatları üçün tabutlar hazırlanmağa başlayıb.

Belə ki, "Mi Ultimo Capricho" adlı cənazə şirkəti Madrid təmsilçisinin azarkeşləri üçün tabutlar istehsal edib. "Santyaqo Bernabeu"nun maketinə oxşar hazırlanan tabutların üzərində klubun loqosu və Çempionlar Liqasının kuboku yerləşdirilib.

Şirkət rəsmisi bu təklifi "Real" azarkeşlərindən aldıqlarını və tabutların qiymətlərinin 15 min avrodan başladığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR