"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT
23:42 25 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 25-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinq zamanı BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik Yəmənə humanitar yardım göstərilməsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirən ölkələrə təşəkkürünü bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cüjarrik qeyd edib ki, əgər ABŞ-ın BMT-nin maliyyələşdirilməsini kəskin azaltmağa dair planları həyata keçərsə, bu Təşkilatın işinə çox mənfi təsir göstərəcək.

Qeyd edək ki, Yəmənə humanitar yardım göstərilməsi üzrə öz öhdəliklərini tam həcmdə 3 ölkə yerinə yetirib - Azərbaycan, Rusiya və ABŞ. Cüjarrik qeyd edib ki, ABŞ Yəməndə aclıqla mübarizəyə daha 77 milyon dollar əlavə vəsait ayıracaq.

ABŞ-ın yeni büdcə layihəsi BMT-nin sülhməramlı fəaliyyətinin maliyyə dəstəyinin 90 faiz azaldılmasını və BMT sisteminin müəssisə və ayrı-ayrı proqramlarının maliyyələşdirilməsinin tamamilə dayandırılmasını nəzərdə tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR