Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?
23:47 25 May 2017
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ piylənmədən əziyyət çəkən insanların sayı baxımından ən yüksək olduğu ölkələr arasında ilk yerdədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmasına görə, 15 yaşdan yuxarı amerikalıların 38.2%-i artıq piylənmədən əziyyət çəkir.
 
Proqnozlara görə bu nisbət 2030-cu ildə 45%-i keçəcək.
 
Siyahıda ikinci yerdə Meksika qərar tutub. Bu ölkədə piylənmə problemi ilə üzləşən vətəndaşların nisbəti 32.4% səviyyəsindədir. Meksikanı 30.7% ilə Yeni Zelandiya təqib edir.
 
Digər tərəfdən, ən sağlam ölkə isə Yaponiya qəbul olunub. Yaponların sadəcə 3.7%-i artıq çəki problemindən əziyyət çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR