"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb
00:07 26 May 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Gürcüstan milli komandasının Sent-Kitts və Nevis yığması ilə yoldaşlıq görüşü, eləcə də Moldova ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, baş məşqçi Vladimir Vayss 25 futbolçuya dəvət göndərib.
Onların arasında "Neftçi"nin müdafiəçisi Georgi Navalovski və "Qəbələ"dən ayrılaraq, Qazaxıstan "Tobol"u ilə müqavilə bağlayan Nika Kvekveskiri də var. Ümumilikdə dəvətlilərdən yalnız 3-ü Gürcüstan klublarında çıxış edir.
Qeyd edək ki, yoldaşlıq görüşü iyunun 7-də Tbilisidə, rəsmi matç isə iyunun 11-də Kişinyovda olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-futbolcusu-gurcustan-yigmasina-devet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR